media

media /

XBİŞ Kiçik və Orta Biznes Evi layihəsi təqdimat mərasimində iştirak edib

Mayın 1-də JW Marriott Absheron otelində Kiçik və Orta Biznes Evi layihəsi təqdim olunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov "KOB Evləri"nin yaradılması ilə biznesə göstəriləcək xidmətlərin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənəcəyini deyib.

Tədbirdə XBİŞ ilə yanaşı Azərbaycan Respublikasında fəaliyyət göstərən və özəl sektoru təmsil edən təşkilatlar iştirak etmişdir.

01 May 2019


XBİŞ Bakıda keçirilən Avropa İttifaqi-Azərbaycan biznes forumunda iştirak edib

İyunun 13-da Bakıda V Azərbaycan–Avropa İttifaqı (Aİ) biznes forumu keçirilib. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Almaniya-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirə rəsmi şəxslər, beynəlxalq təşkilatların, səfirliklərin, ticarət palatalarının nümayəndələri də daxil olmaqla ümumilikdə 1000-dək iştirakçı qatılıb.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev ənənəvi olaraq keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunun ölkəmizlə Aİ arasında iqtisadi əməkdaşlıq perspektivlərinin, qarşılıqlı ticarət və investisiya imkanlarının müzakirə edilməsi üçün önəmli platforma rolunu oynadığını vurğulayıb.

Bundan sonra tədbir digər çıxışlarlar davam edib. XBİŞ nümayəndəsi tədbir çərçivəsində keçirilən panel iclaslarında iştirak edib.

13 İyun 2019