media

media /

XBİŞ İslam İnkişaf Bankı rəhbəri ilə keçirilən görüşdə iştirak edib

Yanvarın 18-də İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankının (İİB) vitse-prezidenti Sayed Ağanın rəhbərlik etdiyi Siyasi Dialoq Missiyası ilə görüşüb. Görüşdə Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin Baş Meneceri Elvin Aşırov da iştirak etmişdir.

Qeyd edək ki, görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı arasında Azərbaycan Respublikasında İslam maliyyələşdirilməsi üzrə hüquqi bazanın işlənib hazırlanmasına dair texniki dəstək haqqında qrant Saziş"i imzalanıb. Sənədə əsasən, Azərbaycanda bank sahəsində mövcud qanunvericiliyin təhlili, ölkəmizdə islam bankçılığının tətbiqi imkanlarının araşdırılması və müvafiq təkliflərin hazırlanması nəzərdə tutulur.

18 Yanvar 2017


 

“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” Şəffaf Vergi Partnyoru elan edilmişdir

20 Fevral 2017-ci il tarixindən etibarən “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən Şəffaf Vergi Partnyorluğu statusu almışdır.

Qeyd edək ki, partnyor vergi ödəyicisi statusunu əldə etmək üçün vergi orqanlarına 585 vergi ödəyicisindən müraciət daxil olub. Bunlardan 443 vergi ödəyicisinin (194-ü Bakı şəhərindəolmaqla) müraciəti müsbət cavablandırılıb.

27 Fevral 2017


Alma üçün yeni şirkət yaradılıb - 650 min manat sərmayə

Xəzər Beynəlxalq İnvestisiya Şirkəti (CIIC) Qusar bölgəsində alma bağları salınması layihəsinin birinci mərhələsinin icrası üçün 650 min manat vəsait ayırmışdır. Bu barədə şirkət məlumat verib.

“2016-cı ilin dekabr ayında CIIC Qusarda alma bağları salmaq üçün bir sıra sahibkarlarla anlaşma memorandumu imzaladı. Orchards MMC bu məqsədlə qurulmuşdur. CIIC layihədə% 65 paya sahibdir ” deyə bildirildi.

Layihənin birinci mərhələsi çərçivəsində CIIC artıq 650 min manat sərmayə qoyub.

"Bu ilin yanvar ayında Fransız Dalival şirkəti ilə alma fidanının alınması üçün müqavilə imzalanıb" deyildi.

18 hektarda alma bağları salınacaq.

http://marja.az/news/2439?title=alma-ucun-yeni-sirket-yaradilib-650-min-manat-sermaye

2 Fevral 2017


 

XBİŞ Azərbaycan – Aİ biznes forumunda iştirak edib

İyun ayının 8, Aİ-nın Azərbaycandakı Nümayəndəliyi tərəfindən Azərbaycanın İxrac və İnvestisiyanın Təşviqi Fondu (AZPROMO) və Almaniya-Azərbaycan Ticarət Palatası ilə əməkdaşlıqda təşkil olunan Aİ-Azərbaycan Biznes Forumu təşkil olunub. Tədbirin əsas məqsədi Aİ və Azərbaycan şirkətləri arasında şəbəkələşməni və əlaqələri artırmaq, hökumət nümayəndələri ilə biznes mühitini, onunla bağlı çağırış və imkanları müzakirə etməkdir. XBİŞ nümayəndəsi ikitərəfli biznes görüşlərdə iştirak edib.

13 İyun 2017


 

Riqada Latviya-Azərbaycan biznes forumu keçirilib

İyulun 17-də Riqada Latviya-Azərbaycan biznes forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Raymonds Veyonis biznes forumun açılış mərasimində iştirak ediblər. Azərbaycanın İqtisadiyyat Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin təşkil etdiyi biznes forumda hər iki tərəfdən 120-dən çox şirkəti təmsil edən 200-dək sahibkar iştirak edib.

Latviya-Azərbaycan biznes forumunda ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə dair təkliflər irəli sürülüb.

XBİŞ nümayəndəsi ikitərəfli biznes görüşlərdə iştirak edib.

21 İyul 2017


 

Azərbaycan-BƏƏ biznes forumu keçirilib

Oktyabrın 20-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumu keçirilib. Forumda sənaye, kimya, qida, tikinti, əczaçılıq və s. sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak edib.

Tədbirdə Azərbaycanda yaradılmış investisiya imkanları qeyd olunaraq, onlardan yararlanmağa və azərbaycanlı iş adamları ilə fəal əməkdaşlığ qurmağa dəvət olunmuşdur. Forumun hər iki tərəfdən olan iş adamları arasında birbaşa əlaqələrin qurulması, əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olacaqdır.

XBİŞ nümayəndəsi forum ərzində iş adamları arasında təşkil olunmuş ikitərəfli görüşlərdə iştirak edib.

30 Oktyabr 2017


XBİŞ Azərbaycan-Avstraliya biznes forumunda iştirak edib

18 oktyabr tarixində XBİŞ Bakıda keçirilən Azərbaycan-Avstraliya biznes forumunda iştirak edib. Tədbirdə qeyd olunub ki hal-hazırda iki ölkə arasında ticarət dövriyyəsinin zəyif olduğunu nəzərə alsaq, bu kimi tədbirlərin bu məsləyə müsbət təsir göstərəcəyi gözlənilir. Bundan əlavə xəbər verilmişdir ki, hal hazırda Azərbaycanda qeydiyyatdan keçmiş Avstraliya şirkətləri neft-qaz sektorunda fəaliyyət göstərir.

XBİŞ nümayəndəsi forum ərzində iş adamları arasında təşkil olunmuş ikitərəfli görüşlərdə iştirak edib.

23 Oktyabr 2017


Azərbaycan-ABŞ Biznes forumu keçirilib

16 oktyabr tarixində Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-ABŞ biznes forumu təşkil olunub.

Sözügedən tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən kənd təsərrüfatı və qida sənayesi, sənaye, maliyyə, İKT, səhiyyə, tikinti, logistika və xidmət sahəsində fəaliyyət göstərən 150-ə yaxın iş adamı iştirak edib. Forumun əsas məqsədi hər iki ölkədən olan iş adamları arasında yeni əlaqələrin qurulmasıdır.

XBİŞ nümayəndəsi iş adamları arasında ikitərəfli görüşlərdə iştirak etmişdir, əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlığının qurulması məsələləri müzakirə olunmuşdur.

23 Oktyabr 2017