media

media /

XBİŞ Azərbaycan – İran biznes forumuna qatılıb

Martın 29-da Bakıda, XBİŞ Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes forumuna qatılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani biznes forumda iştirak ediblər.

Biznes forumdan əvvəl Neftçala Sənaye Məhəlləsi və burada yaradılan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə layihəsi olan avtomobil zavodu barədə videoçarx nümayiş olunub. Bundan sonra, Prezident İlham Əliyev və Prezident Həsən Ruhani “Xəzər” avtomobil zavodunun açılışını bildirən simvolik düyməni basıblar.

Dövlət başçıları forumda nitq ilə çıxış ediblər.

29 Mart 2018


XBİŞ Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Mayın 25-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində 28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilib.

Qeyd olunub ki, bu gün Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir, siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilir, Azərbaycanın dövlətçilik əsasları daha da möhkəmlənir, müstəqilliyimizin əbədiliyi, dövlətimizin hərtərəfli yüksəlişi təmin edilir.

Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən “Əbədi ezamiyyət” sənədli filminin nümayişi ilə başa çatıb.

29 May 2018 


XBİŞ Azərbaycan-Avropa İttifaqı biznes forumuna qatılıb

İyunun 5-də Bakıda IV Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes forumu keçirilib. Xəzər Beynəlxalq İnvestisiya Şirkəti sözügedən tədbirdə iştirak etmişdir.

İqtisadiyyat Nazirliyinin, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyi və Alman-Azərbaycan Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə rəsmi şəxslər, beynəlxalq təşkilatların, səfirliklərin, ticarət palatalarının nümayəndələri, eləcə də Azərbaycandan 300-dən çox, Avropa İttifaqına daxil olan ölkələrdən isə 100-dən artıq iş adamı iştirak edib. Ümumilikdə, biznes foruma 800-ə yaxın iştirakçı qatılıb.

Azərbaycan-Aİ biznes forumu işgüzar dairələr arasında ikitərəfli görüşlərlə davam edib.

05 İyun 2018


XBİŞ Azərbaycan-İsveçrə biznes forumunda iştirak edib

9 iyul 2018-ci il tarixində Azərbaycan-İsveçrə biznes forumu baş tutub. Görüşdə nazir Şahin Mustafayev Azərbaycan-İsveçrə əlaqələrinin inkişaf etdiyini, Azərbaycan Respublikası Prezidentinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə önəm verdiyini vurğulayıb. İqtisadiyyat naziri son illər ərzində Azərbaycan-İsveçrə iqtisadi əməkdaşlığının uğurla inkişaf etdiyini və iki ölkə arasında əlaqələrin genişləndirilməsində özəl bölmənin rolunu qeyd edib.

Tədbirdə 50-dən çox isveçrə şirkəti iştirak edib.

11 İyul 2018


XBİŞ Azərbaycan-Pakistan biznes forumunda iştirak edib

İyulun 4-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Pakistan biznes konfransı keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye, kənd təsərrüfatı, əczaçılıq, tikinti, siğorta, turizm, logistika və digər sahələrdə fəaliyyət göstərən 250-ə yaxın iş adamı iştirak edib.

Tədbirdə Azərbaycan və Pakistan iqtisadiyyatına, bu ölkələrin biznes və investisiya imkanlarına dair təqdimatlar keçilib.

Biznes-konfrans iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

05 İyul 2018


XBİŞ Azərbaycan-Slovakiya Biznes forumunda iştirak edib

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə noyabrın 13-də Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Slovakiya rəsmiləri ilə yanaşı, sənaye, energetika, İKT, maşınqayırma, kimya, qida, dəmir yolları, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 200-ə yaxın şirkətin nümayəndələri iştirak ediblər. İqtisadiyyat naziri Şahin Mustafayev biznes forumun birbaşa danışıqlar aparmaq və işgüzar dairələr arasında əməkdaşlığın perspektivli sahələrini müəyyənləşdirmək üçün əlverişli platforma olduğunu, tədbirin iş adamlarına konkret layihələrlə bağlı müzakirələr aparmaq üçün imkan verəcəyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri, o cümlədən Slovakiya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Bu gün Azərbaycan və Avropa İttifaqı arasında geniş əməkdaşlıq mövcuddur. Çoxsaylı işgüzar forumlar, tədbirlər, imzalanmış sənədlər, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu və davam edən birgə layihələr uğurlu iqtisadi əməkdaşlığın nümunələridir.

XBİŞ rəhbərliyi iş adamları arasında keçirilən ikitərəfli görüşlərdə iştirak edib.

13 November 2018


XBİŞ Azərbaycan-Serbiya Biznes Görüşündə iştirak edib

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Serbiyanın Ticarət, Turizm və Telekommunikasiya Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, turizm, tikinti və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən sahibkarlar, eləcə də Serbiya və Azərbaycanın turizm təşkilatlarının nümayəndələri iştirak ediblər.

XBİŞ rəhbərliyi sözügedən forumda iştirak edib.

26 Dekabr 2018


XBİŞ Azərbaycan-Türkiyə biznes forumunda iştirak edib

Dekabrın 11-də Bakıda Azərbaycan-Türkiyə kənd təsərrüfatı forumu keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçirilən forumda Azərbaycanın dövlət qurumlarının rəhbərləri, iş adamları, Türkiyədən gəlmiş 65 nəfərdən ibarət nümayəndə heyəti iştirak edib.

XBİŞ forum çərçivəsində keçirilən iş adamları arasında ikitərəfli görüşlərdə iştirak edib.

12 Dekabr 2018