media

media /

XBİŞ Azərbaycan – Türkiyə Biznes Forumunda iştirak etmişdir

“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” Azərbaycan – Türkiyə biznes forumunda iştirak etmişdir. Forum 30 oktyabr, 2014-cü il tarixində müxtəlif sektorlarda fəaliyyət göstərən Türkiyə şirkətlərinin iştirakı ilə keçirilmişdir.

30 Oktyabr 2014


Dubayda Ümumdünya İslam İqtisadi Forumu keçirilmişdir

XBİŞ–in rəhbər nümayəndə heyəti “İqtisadi İnkişaf üçün İnnovativ Tərəfdaşlıqlar” mövzusunda 28-30 oktyabr, 2014-cü il tarixində Dubayda keçirilmiş 10-cu Ümumdünya İslam İqtisadi Forumunda (ÜİİF) iştirak etmişdir. Forumda ümumilikdə 102 ölkədən olan 3,150 iştirakçını təşkil edən 8 qlobal lider, 12 nazir, 4 mərkəzi bank sədrləri, aparıcı korporativ şəxslər, işgüzar qadınlar və gənc sahibkarlar, əsas qərar qəbuledicilər, fikir liderləri, gənc sahibkarlar və yaradıcı insanlar iştirak etmişdir.- -

28 Oktyabr 2014


XBİŞ “BakuBuild-2014” sərgisində iştirak etmişdir

“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” 22- 25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 20-ci yubiley Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild 2014” sərgisində iştirak etmişdir. Lobbi və açıq hava əraziləri daxil olmaqla, Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarında 29 ölkədən 490 şirkət sərgilənmiş və nümayiş olunmuşdur.

BakuBuild Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondunun (AZPROMO) rəsmi dəstəyinə malik olmuşdur.

23 Oktyabr 2014


XBİŞ regional biznes forumda iştirak etmişdir

22 Oktyabr, 2014-cü il, Xəzər Beynəlxalq İnvestisiya Şirkəti, Paşa Bankın Şəkidə Keçirdiyi regional bizness forumunda iştirak edib. Tədbirdə, kənd təsərrüfatı və aqrar sənayenin ölkə iqtisadiyyatında mühüm rolu və inkişafı müzakirə olunub.

22 Oktyabr 2014


XBİŞ Azərbaycan-Rusiya Biznes Forumunda iştirak etmişdir

“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” şirkəti 16 oktyabr, 2014-cü il tarixində Bakı Biznes Mərkəzində keçirilən Azərbaycan – Rusiya Biznes Forumunda təmsil olunmuşdur. Forum, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondu (AZPROMO) tərəfindən təşkil olunmuşdur. Müxtəlif sektorlarda fəaliyyət göstərən 15-ə yaxın Rusiya şirkəti tədbirdə iştirak etmişdir.

 

16 Oktyabr 2014


XBİŞ Thomson Reuters tərəfindən təşkil olunan seminarda iştirak etmişdir

“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” 15 oktyabr, 2014-cü il tarixində Thomson Reuters tərəfindən keçirilən “Qlobal kapital bazarının qeyri-sabitliyi üzrə hedcinq riskinin bazar göstəricilərinə və metodlarına dair icmalı” adlı seminarda iştirak etmişdir.

15 Oktyabr 2014


XBİŞ və Bakı Beynəlxalq Sənaye Konfransı-2014

26 -27 oktyabr, 2014-cü il tarixində XBİŞ Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi, Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı (UNİDO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən təşkil olunan Bakı Beynəlxalq Sənaye Konfransında iştirak etmişdir. Tədbirin əsas mövzuları sənaye siyasətinin əsas istiqamətləri, iyirmi birinci əsrdə müasir yanaşma və təcrübələr olmuşdur.

26 Noyabr 2014


MHBS yenilikləri və XBİŞ

25 noyabrda “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” qeyri-maliyyə təşkilatları üçün MHBS yeniliklərinin nəzərdən keçirilməsinə dair keçirilən seminarda iştirak etmişdir. Seminarın proqramına MHBS-lara dair yeniliklərin və yeni qəbul edilmiş MHBS-ların ümumi olaraq nəzərdən keçirilməsi daxil idi.

25 Noyabr 2014


“Özəl sektora investisiyalar bizim əsas məqsədimizdir"

“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC (XBİŞ) 2008-ci ilin mart ayında təsis edilmiş investisiya təşkilatıdır. XBİŞ-nin səhmdarları arasında dövlət təşkilatı olan “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Küveyt Krallığının iri konqlomeratlarından olan “Aref İnvestment Qrup”, Yəmənin “Al-Ahmar Qrup” şirkəti, eləcə də beynəlxalq təşkilatlar olan “Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası” və “İslam İnkişaf Bankı” yer alır. XBİŞ-nin məqsədi inkişaf etməkdə olan Azərbaycan iqtisadiyyatına müsbət töhfə verəcək investisiya layihələrini həyata keçirməkdir.

 

 

 

Sual: XBİŞ tərəfindən tətbiq edilən investisiya prinsipləri nədən ibarətdir?

Cavab: XBİŞ-nin investisiya qərarları gəlirlilik, layihələrin dəyərləndirilməsinə kompleks yanaşma və Azərbaycan iqtisadiyyatına verilən töhfə prinsipləri üzərində qurulur. Biz neft-qaz və maliyyə sektorları istisna olmaqla, qanuni fəaliyyət göstərən, Şəriət qaydalarına zidd olmayan, maliyyə cəhətdən gəlirli hesab olunan və Azərbaycan Respublikasının iqtisadiyyatının inkişafına müsbət təsir edə biləcək istənilən istehsalat və ya xidmət sahəsinə investisiya qoyuluşları həyata keçirə bilərik.

S: Bu vaxtadək neçə investisiya layihəsini həyata keçirmisiniz?

C: XBİŞ bu günədək müxtəlif biznes sektorlarını təmsil edən üç layihəni reallaşdırmışdır.

Sözügedən layihələrdən biri əsas konsepsiyası kənd təsərrüfatı məhsullarının saxlanılması üçün nəzərdə tutulan anbarların inşası və icarəyə verilməsindən ibarət olan loqistika kompleksidir.

İkinci investisiya qoyuluşu daşınmaz əmlak sektoruna, daha dəqiq desək, Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Villa Badam” yaşayış kompleksinə həyata keçirilmişdir. İnvestisiyanın məqsədi kompleksdə yerləşən villaları tikintinin ilkin dövrlərində almaq və tamamlama işlərindən sonra həmin əmlakları satmaqdan ibarətdir. Hal-hazırda layihə başa çatdırılma mərhələsindədir.

Digər layihəmizi, Bakı şəhərindəki restoran və mehmanxanaları yerli meyvə və tərəvəzlə təchiz edən “A-Aqro” şirkəti təmsil edir. Həmçinin, “A-Aqro” uzun müddətdir ki, Azərbaycanda yerləşən “McDonald’s” restoranlar şəbəkəsinin təchizatçısıdır. Sevindirici haldır ki, fəaliyyəti müddətində göstərdiyi yüksək keyfiyyətli xidmətin nəticəsində “A-Aqro” bu yaxınlarda sözügedən restoranlar şəbəkəsinin qlobal təchizatçısı statusunu qazanmışdır. Həmin status “A-Aqro” şirkətinə dünyanın istənilən yerində, xüsusilə MDB məkanında yerləşən “McDonald’s” restoranlarını müvafiq məhsullarla təmin etmək hüququ verir. Hal-hazırda “A-Aqro” istehsal həcminin artırılması və bazar mövqeyinin gücləndirilməsi üzrə tədbirlər həyata keçirir.

S: Cənab Ağalarov, bildiyiniz kimi, 2014-cü il “Sənaye İli” elan olunub. XBİŞ bu təşəbbüsə necə töhfə verə bilər?

C: Dövlətimizin özəl sektorun inkişafına göstərdiyi əhəmiyyətli dəstəyin hamımız şahidiyik. Misal üçün, bu yaxınlarda cənab Prezidentin müvafiq göstərişləri əsasında maliyyə institutları tərəfindən özəl sektora maliyyə vəsaitlərinin axını üçün əlverişli şərait yaradacaq yeni qanunlar qüvvəyə minmişdir. Habelə, indiyədək iqtisadiyyatın müxtəlif sektorlarına dövlət investisiyalarının həyata keçirilməsi özəl sektorun inkişafına və ÜDM-nin artmasına səbəb olmuşdur. Ölkəmizin inkişafında maraqlı olan investisiya təşkilatı kimi, habelə özəl sektora investisiya qoyuluşunun bizim əsas məqsədimiz olduğunu nəzərə alaraq, biz cənab Prezidentin iqtisadi siyasətinin həyata keçirilməsinin fəal iştirakçılarından biriyik. İstehsal ilə əlaqəli və eyni zamanda inkişaf yönümlü olan layihələrə investisiya həyata keçirməklə, biz bu təşəbbüsə öz töhfəmizi verməyə çalışırıq.

S: XBİŞ-nin gələcək planları nədən ibarətdir? Yaxın gələcəkdə hər hansı yeni investisiya layihəsini nəzərdən keçirirsinizmi?

C: Biz, hal-hazırda, aktiv şəkildə yeni layihələrin sayının artırılması üzərində çalışırıq. Şirkətimiz sahibkarlar, iş adamları və müxtəlif təşkilatlar tərəfindən biznes təkliflərini və potensial investisiya layihələrini nəzərdən keçirməyə hazırdır.

www.azernews.az

1news.az

 

25 Dekabr 2014