Haqqımızda

Haqqımızda

İslam İnkişaf Bankı (IDB) 1973-cü ildə dekabr ayında Ciddədə baş tutan Müsəlman ölkələri Maliyyə Nazirləri konfransı tərəfindən nəşr olunan Niyyət Bəyannaməsinə uyğun olaraq beynəlxalq maliyyə institutu kimi yaradılmışdır. Bankın hal - hazirda 56 dövlət üzvü var.
Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) Azərbaycan höküməti tərəfindən, ölkədə qeyri – neft sektoruna kapital investisiyaları etmək üçün təsis edilmişdir. Bünovrəsi 2006-cı ildə qoyulan şirkətin kapitalı 90 million ABŞ dolları təşkil edir və investisiya yatırımları əsasən qıda və tikinti materialları sahələrini əhatə edir.
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) İslam İnkişafı Bankı Qrupunun tərkibində olan çoxtərəfli təşkilatdır. İslam İnkişaf Bankının İdarə Heyati tərəfindən 1999-cu ilin noyabr ayında təsis edilməsində əsas məqsəd Şəriyyə qanunlarına riayyət edərək üzv ölkələrində iqtisadi inkişafa dəstək vermək üçün özəl sektordakı layihələrə maliyyə vəsaitlərinin qoyulması idi. Kapitalı 568 million ABŞ dolları təşkil edir.
Al Ahmar Group for Trading, Industrial & General Agencies sahibkarlıq fəaliyyətinin müxtəlif sahələrində çoxsaylı şirkətlərə malik olan tanınmış holdinq müəssisəsidir.
Saham Holding Company 2007-ci ildə Kuveytdə yaradılmış holdinq şirkətidir. Şirkət müxtəlif sahələrdə təmsil olunan, o cümlədən, investisiya, bank işi və maliyyə, enerji, loqistika sahələrində bir neçə fillial və törəmə şirkətləri idarə edir.