XBİŞ İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş icraçı direktoru Xalid Məhəmməd əl Əbudi ilə görüşdə iştirak edib

XBİŞ İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş icraçı direktoru Xalid Məhəmməd əl Əbudi ilə görüşdə iştirak edib

Mayın 31-də İqtisadiyyat naziri Şahin Mustafayev İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş icraçı direktoru Xalid Məhəmməd əl Əbudi ilə görüşüb. Görüşdə Korporasiyanın Azərbaycan İnvestisiya Şirkətinin də təsisçisi olduğu "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti" QSC-nin fəaliyyəti müzakirə edilib, yeni layihələrin nəzərdə tutulduğu vurğulanıb. Bununla belə, korporasiya ilə Azərbaycan arasında əlaqələrin inkişafı üçün geniş imkanların mövcudluğu barədə məlumat verildi. Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş icraçı direktoru Xalid Məhəmməd əl Əbudi ölkəmizə səfərindən, təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığından məmnunluğunu bildirib, Korporasiyanın Azərbaycanla əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb və qurumun bundan sonra da Azərbaycandakı layihələrdə fəal iştirak edəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.